“Tarixə düşən Zəfərimiz” adlı geniş tədbir keçirildi

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən tarixi qələbə qazanıldı.

    8 noyabr-Zəfər Günü kimi tarixə düşən bu gün ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün münasibətilə noyabr ayının 07-də məktəbin məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı Yeganə Məlikova, tarix müəllimi Aynur Əsgərovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə Tarixə düşən Zəfərimizadlı geniş tədbir keçirildi.Tədbirdə çıxış edən məktəbin direktoru Maxsud Əhmədov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi və sözü qonaqlara verdi. Tədbirdə qonaq qismində iştirak edən 2-ci Qarabağ müharibəsi şəhidi Səbuhi Əsədovun anası Cahan xanım öz çıxşında bu tarixi qələbəni bizə yaşadan Şanlı Ordumuzun qəhrəmanlığından danışdı. Sonda məktəbin şagirdləri öz bacarıqlarını nümayiş etdirərək tədbirə rəng qatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi