“Zəfərin rəngləri” adlı rəsm müsabiqəsi keçirildi

    Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsi məqsədilə noyabr ayının 06-da məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Yeganə Məlikova, UBR təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, təsviri incəsənət müəllimi Arzu Məhsumovanın təşkilatçığı və rəsmə marağı olan dərnək üzvlərinin iştirakı ilə “Zəfərin rəngləri” adlı rəsm müsabiqəsi keçirildi. Şagirdlər hazırladıqları əl işlərində 44 günlük Vətən müharibəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda igid Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən bəhs etmişdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi