“Zəfərin mübarək, Azərbaycan!” mövzusunda sinif təşkilat saatı keçirildi.

“7- dən 17-yə vətənpərvər !“ layihəsinin icrası ilə bağlı noyabr ayının 06-da məktəbin ibtidai sinif müəllimi Hüsniyyə İsayevanın təşkilatçılığı ilə 2 “A” sinfində “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda sinif təşkilat saatı keçirildi. Təşkilat saatında şagirdlərə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyətinin daha dəqiq ifadə olunması və bu barədə şagirdlərə məlumatların daha ətraflı çatdırılması böyük əhəmiyyət kəsb etdi.