“Söz birləşmələri” mövzusunda nümunəvi dərs keçirildi

Noyabr ayının 06-da ibtidai sinif müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə 3 “B” sinfində Azərbaycan dili fənni üzrə “Söz birləşmələri” mövzusunda nümunəvi dərs keçirildi.
Dərsin keçirilməsində məqsəd Azərbaycan dili fənni üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olundu. Şagirdlər kollektiv formada tapşırıqlar icra etdilər.