“İdmansevərlər” layihəsinə start verildi

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği ilə əlaqədar “İdmansevərlər” layihəsinə start verildi.
Belə ki, noyabr ayının 03-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, məktəbin psixoloqu Natavan Qəhrəmanova, fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyevin təşkilatçılığı ilə I-IV siniflərdə idman növləri və idmançıların yarışa hazırlığının psixoloji yanaşması haqqında profilaktik söhbətlər aparıldı.