Vətənpərvər mövzusunda divar qəzetlərinin hazırlanması müsabiqəsi keçirildi.

“ 7- dən 17-yə vətənpərvər ! “ layihəsinin icrası ilə bağlı silsilə tədbirlərimiz davam edir. Noyabr ayının 03-də məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Yeganə Məlikova, UBR təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova və kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə V sinif şagirdləri arasında vətənpərvər mövzusunda divar qəzetlərinin hazırlanması müsabiqəsi keçirildi. Təşkil olunmuş yoxlayıcı komissiya rəyi əsasında üç sinfin hazırladığı divar qəzetləri qalib hesab olunduqları üçün məktəbin rəhbərliyi tərəfindən hazırlanan təşəkkürnamə və kiçik hədiyyə ilə mükafatlandırıldılar.