“İşıqfor bizim dostumuzdur” adlı maraqlı açıq dərs keçirildi

Şagirdlərə yol hərəkəti təhlükəsizliyinin təbliği ilə əlqədar noyabr ayının 02-də məktəbin ibtidai sinif müəllimi Aysel Məmmədlinin təşkilatçılığı ilə 1 “C” sinfində həyat bilgisi fənnində “İşıqfor bizim dostumuzdur” adlı maraqlı açıq dərs keçirildi. Dərs şagirdlərin yaşına və düşüncəsinə uyğun tərzdə interaktiv oyun və maraqlı söhbət şəklində qurulmuşdu. Şagirdlər yolda nə baş verir və yol hərəkəti iştirakçıları kimlərdir? Onların düzgün və ya qeyri-düzgün hərəkətləri nəticəsində hansı hadisələrin baş verə biləcəyi barədə şagirdlərə praktik olaraq geniş məlumat verildi. Mövzuya uyğun hazırlanmış slaydların təqdimatı uşaqlar tərəfindən böyük maraqla qarşılandı.