“Zəfər dastanı” mövzusunda sinif təşkilat saatı keçirildi

“ 7- dən 17-yə vətənpərvər ! “ layihəsinin icrası ilə bağlı noyabr ayının 02-də məktəbin ibtidai sinif müəllimi Ruhiyyə İdadovanın təşkilatçılığı ilə 1 “B” sinfində “Zəfər dastanı” mövzusunda sinif təşkilat saatı keçirildi. Təşkilat saatında sinif rəhbəri Qarabağ müharibəsində yenilməz Azərbaycan ordusunun qazandığı uğurlarından, əsgərlərimizin igidliklərindən, ruh yüksəkliklərindən qürur hissi ilə danışdı.
Təşkilat saatında şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, vətəndaşlıq mövqeyini formalaşmasının təbliği əsas yer tuturdu.