“ Keçdin zəfər yolunu, Azərbaycan əsgəri ” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

8 noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlərimiz davam edir. Noyabr ayının 01-də məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Yeganə Məlikova, UBR təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova və kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə VII sinif şagirdləri arasında “ Keçdin zəfər yolunu, Azərbaycan əsgəri ” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Təşkil olunmuş yoxlayıcı komissiya rəyi əsasında qalib şagirdlər məktəbin rəhbərliyi tərəfindən hazırlanan təşəkkürnamələr ilə mükafatlandırılacaq.