“Qələbə gücümüz” adlı voleybol idman yarışı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən tarixi qələbə qazanıldı.
8 noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlərə start verildi . Oktyabr ayının 31-də məktəbin fiziki tərbiyə müəllimləri Ədilə Məməd-zadə, Bəhruz Cəbiyevin təşkilatçılığı və IX sinif şagirdlərinin iştirakı ilə “Qələbə gücümüz” adlı voleybol idman yarışı keçirildi. Yarışda dörd komanda iştirak edərək gözəl oyun nümayiş etdilər. Sonda qalib komanda IX “C” sinfi məktəbin rəhbərliyi tərəfindən hazırlanan təşəkkürnamələr ilə mükafatlandırıldı və qaliblərlə xatirə şəkli çəkildi.