"Müstəqilliyin bərpası gününün tarixi əhəmiyyəti"

    Müstəqilliyin Bərpası Günü - Azərbaycan xalqının ən mühüm tarixi günlərindən biridir. Bu münasibətlə oktyabr ayının 17-də məktəbdə bir sıra tədbirlər keçirildi. Belə ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov, şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və VIII-IX sinif şagirdlərinin iştirakı ilə "Müstəqilliyin bərpası gününün tarixi əhəmiyyəti" mövzusunda dəyirmi masa keçirildi. "Dəyirmi masa"nın iştirakçıları  Milli Müstəqillik Gününün tarixi əhəmiyyətini müasir Azərbaycan dövlətinin quruculuğu yolunda mühüm addım kimi qiymətləndirərək geniş fikir mübadiləsi apardılar. Daha sonra məktəbin ibtidai sinif müəlimi Aygün Mədətovanın təşkilatçılığı və 3 “C” sinif şagirdlərinin iştirakı ilə təsviri incəsənət dərsində mövzuya uyğun şagirdlərin əl işləri nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi