“Şəhidlik zirvəsi”

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü qurban verməkdir. Şəhidlik əbədi olaraq ürəklərdə yaşamaqdır.

27 sentyabr 2020-ci il tarixində II Qarabağ müharibəsi başlayandan Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Talış, Tərtər və Suqovuşan kəndlərinin azad olunmasında igidlik və mərdlik göstərmişdir. 8 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 

Şəhidin xatirəsini yad etmək məqsədi ilə məktəbdə bir sıra tədbirlər keçirildi. Belə ki, oktyabr ayının 6-da məktəbin ibtidai sinif müəllimləri Natella Məhərrəmova,Ruhiyyə İbadova, Aysel Məmmədlinin təşkilatçılığı və şagirdlərin iştirakı ilə Səbuhi Əsədovun yaşayıb boya-başa çatdığı ev muzeyini ziyarət etdilər.

Oktyabr ayının 9-da şəhid Səbuhi Əsədovun ildönümünü yad etmək məqsədilə məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə məzarını ziyarət etdilər.

Oktyabr ayının 10-da məktəbin ibtidai sinif müəllimi Hüsniyyə İsayevin təşkilatçılığı və 2 “A” sinif şagirdlərinin iştirakı ilə Səbuhi Əsədovun xatirəsinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı anım tədbiri keçirildi. Tədbirdə məktəb kollektivi ilə yanaşı Suraxanı rayon şəhid analarıda iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi