Vətən Müharibəsinin qəhrəmanlıq səhifəsini qanları ilə yazmış şəhidlərimizi ehtiramla anırıq!

    Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ayağa qalxan, Vətən Müharibəsinin qəhrəmanlıq səhifəsini qanları ilə yazmış şəhidlərimizi ehtiramla anırıq!

  27 sentyabr - Anım Günü münasibətilə görülən işlər çərçivəsində sentyabr ayının 27-də canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad etmək və  “Zəfər sənindir, Azərbaycan!” şüarı ilə məktəbin müəllim və şagird kollektivi sıra xəttində toplaşdılar. Daha sonra məktəbin məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı Yeganə Məlikova, UBR təşkilatı rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Qalib Azərbaycan xalqı!” adlı anım tədbiri keçirildi.  Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyi, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqları, onların xatirələrinin hər zaman əziz tutulacağı vurğulan.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi