Məktəbdə "Ekologiya və iqtisadiyyat" aylığı çərçivəsində dəyirmi masa keçirilmişdir

Yanvar ayından etibarən ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulan layihələrdən biri də “Ekoloji aylıqlar” layihəsidir. Layihə çərçivəsində yanvar ayı Ekologiya və iqtisadiyyat aylığı elan olunmuşdur. Məktəbimizdə də aylıq çərçivəsində müxtəlif tədbirlərin görülməsi planlaşdırılmışdır. Yanvarın 23 –də şagirdlərin iştirakı ilə geniş tədbir keçirilmiş, aylığın keçirilməsi, onun məqsədi haqqında geniş məlumat verilmışdır. Tədbirdə aylıq çərçivəsində şagirdlərin hazırladıqları elektron təqdimatlar nümayiş etdirilmişdir.Aylıq çərçivəsində tədbirlərimiz davam etdirilir.