"Müstəqilliyimiz əbədidir!" mövzusunda tədbir keçirildi

Müstəqillik Günü - Azərbaycan xalqının ən mühüm tarixi günlərindən biridir. May ayının 26-da məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir!" mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir. Tədbir iştirakçıları Milli Müstəqillik Gününün tarixi əhəmiyyətini müasir Azərbaycan dövlətinin quruculuğu yolunda mühüm addım kimi qiymətləndirilməsi barədə ətraflı məlumat verdilər.