“Sönməz əbədidir, Heydər Əliyev” adlı tədbir keçirildi

    Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər  Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü il “ Heydər Əliyev ili” çərçivəsində may ayının 5-də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova və tarix müəllimi Aynur Əsgərovanın təşkilatçılığı ilə “Sönməz əbədidir, Heydər Əliyev” adlı tədbir keçirildi.

    Tədbirdə Ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açıldı və şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirildi,  ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Eyni zamanda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi