“Bitkilərə həyat verək” güləkmə aksiyası keçirildi

2023-cü ilin “Heydər Əliyev ili” ilə bağlı Fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir.
May ayının 2-də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova və biologiya müəllimi Naidə Əzizovanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan güləkmə aksiyasıyla əlaqədar “Bitkilərə həyat verək” devizi altında 9 “Ç” sinif şagirdlərinin iştirakı ilə məktəbimizin həyətyanı sahəsində müxtəlif növ güllər əkdilər.