“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı keçirildi

2023-cü ilin “Heydər Əliyev ili” ilə bağlı Fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir.
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda aprel ayının 28-də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, tarix müəllimi Aynur Əsgərovanın təşkilatçılığı və məktəbin tarixsevən şagirdləri arasında intellektual bilik yarışı keçirildi. Yarışın keçirilməsində məqsəd bilik yarışında Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərin bilik səviyyələrinin yoxlanılmasıdır.