“Qaranlığa nur saçan zəka” adlı tədbir keçirildi

    Böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar  aprel ayının 28-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov, məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə “Qaranlığa nur saçan zəka” adlı tədbir keçirildi. Tədbirlərdə Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verildi. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışıl. Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olundu, mahnılar ifa edildi.

    Akademik Zərifə Əliyevaya həsr edilən sənədli filmlərdən parçalar göstərilib, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi