“Ailəm və məktəbim” layihəsinin keçirilməsinə start verildi

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması, gənc nəslin əxlaqi şüurunun formalaşmasına, cəmiyyətdə rolunun müəyyənləşməsinə, bilik və bacarıqlarının inkişaf etdirilməsi və məktəblər arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə “Ailəm və məktəbim” layihəsinin keçirilməsinə start verildi.
Aprel ayının 28-də dərs prosesinin izlənilməsi məqsədilə “Valideynin məktəbdə bir günü” layihəsi keçirildi. İlk öncə valideynlər məktəbdə yaradılan şəraitlə, məktəbin daxili tərtibatı ilə yaxından tanış oldular və müxtəlif dərslərdə iştirak etdilər. Sonda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparıldı, valideynlərin təklifləri dinlənildi.