“Nağıllar aləminə səyahət”

Uşaqları elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədilə aprel ayının 19-da “Oxu günü” ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Günel Vəlizadənin təşkilatçılığı və 1 “C” sinif şagirdlərinin iştirakı ilə “Nağıllar aləminə səyahət” adlı tədbir keçirildi.
Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim etdilər.