Azərbaycan əsgərinə məktub

    Azərbaycan əsgərində ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq, əsgərlərimizə var gücümüzlə hər zaman döyüşə hazır olduğumuzu bildirməkdir. Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Hüsniyyə İsayevanın təşkilatçılığı ilə 1 “A” sinfində “Əsgərə məktub” layihəsi həyata keçirildi. Əsgərlərimizə ünvanlanmış məktublar onlar tərəfindən sevinclə qarşılanmış və xoş təəssürat yaratmışdır. Böyük ruh yüksəkliyinə səbəb olan məktublara görə əsgərlər şagirdlərə təşəkkürlərini bildirmək üçün aprel ayının 18-də baş gizir Müşfiq Soltanov şagirdlərə görüşə gəlmişdir. O şagirdlərə Azərbaycan ordusunun şücaətindən danışmış, şagirdlərin suallarını cavablandırmış, onlarla maraqlı söhbət aparmış və xatirə şəkli çəkdirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi