"Su həyatdır" adlı rəsm müsabiqəsi keçirildi

    Dünyada və ölkəmizdə son illərdə su ehtiyatlarının azalması müşahidə olunmaqdadır. Bu səbəbdən sudan qənaətlə və səmərəli istifadə olunması olduqca vacibdir və hər bir kəs bu məsələdə məsuliyyətli davranış nümayiş etdirməlidir. Su ehtiyatlarından səmərəli istifadə məqsədilə dövlət səviyyəsində bir sıra tədbirlərlə yanaşı insanların bu mövzuda maarifləndirilməsi də əsas istiqamət olaraq seçilmişdir. 

    Sudan qənaətlə və səmərəli istifadə olunması ilə bağlı maarifləndirmə məqsədilə aprel ayının 18-də məktəbin II sinif şagirdləri arasında "Su həyatdır" adlı rəsm müsabiqəsi keçirildi və istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub, məktəbin foyesində nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi