“Dahilik zirvəsi” adlı konfrans keçirildi

    2023-cü ilin “Heydər Əliyev ili” ilə bağlı Fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir.

    Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

    Aprel ayının 17-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov, Azərbaycan dili və ədəbiyyat müəllimləri Mərziyyə Rəhimzadə, Zeynəb Mamedova, Lalə Babayeva, Güləsər Qulaməliyevanın təşkilatçılığı və IX-XI sinif şagirdlərinin iştirakı ilə “Dahilik zirvəsi”  adlı konfrans keçirildi. Konfransda müəllimlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyələrini,  müstəsna xidmətləri və mənalı həyat yolu barədə ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi