“ Ümummilli lider Heydər Əliyevin 100 illiyi ” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

    2023-cü ilin “Heydər Əliyev ili” ilə bağlı Fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir.

    Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan olunaraq ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. 

    Aprel ayının 4-də məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov,   Azərbaycan dili və ədəbiyyat müəllimi Mərziyyə Rəhimzadənin təşkilatçılığı və  VIII-XI sinif şagirdlərinin iştirakı ilə “ Ümummilli lider Heydər Əliyevin 100 illiyi ” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Ən yaxşı inşalar seçilərək müzakirə olunacaq və qaliblər məktəb tərəfindən hazırlanan təşəkkürnamə ilə mükaftlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi