Adət-ənənələrimizi əks etdirən guşə yaradıldı

    Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda  tərbiyə etmək, onlarda yaradıcı düşünmə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin keçirilməsilə bağlı silsilə tədbirlərimiz davam edir. 

    Mart ayının 30-da  məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova və kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı,  səkkizinci sinif şagirdlərinin iştirakı ilə hazırladıqları təqdimatlardan və xalqımızın adət-ənənələrini əks etdirən kitab və bədii məqalələrdən ibarət guşə hazırlandı. Şagirdlər böyük maraqla guşəyə baxış keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi