"Dəyərlərimizi qoruyaq" adlı ədəbi-bədii kompozisiya keçirildi

    Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda  tərbiyə etmək, onlarda yaradıcı düşünmə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin keçirilməsilə bağlı silsilə tədbirlərimiz davam edir. 

    Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.

     Mart ayının 16-da  məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova və  Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə "Dəyərlərimizi qoruyaq" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə 3 “A”, 4 “B”, 4 “C” və 6 “A” sinif şagirdlərinin ifasında baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar, rəqslər,  mahnılar ifa olundu və yumurta döyüşdürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi