Novruz bayramının tarixi və adət-ənənələri barədə sinif təşkilat saatı keçirildi

Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, onlarda yaradıcı düşünmə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin keçirilməsilə bağlı silsilə tədbirlərimiz davam edir.
Mart ayının 16-da məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, məktəbin ibtidai sinif müəllimləri Fatima İsmayılova, Aysel Məmmədli, Ruhiyyə İbadovanın təşkilatçılığı ilə 3 “A”, 4 “B” və 4 “C” siniflərində novruz bayramının tarixi və adət-ənənələri barədə sinif təşkilat saatı keçirildi. Daha sonra şagirdlərin çıxışları dinlənildi və novruz ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirildi.