“Mətbəx mədəniyyətimiz” mövzusunda sinif təşkilat saatı keçirildi

Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, onlarda yaradıcı düşünmə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin keçirilməsilə bağlı silsilə tədbirlərimizə start verildi.
Mart ayının 14-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova və Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə 4 “B” və 4 “C” siniflərində novruz bayramına aid “Mətbəx mədəniyyətimiz” mövzusunda sinif təşkilat saatı keçirildi. Şagirdlər öz bacarıqları ilə novruz adət-ənənələrinə və Azərbaycan milli kulinariyasının sirlərinə yaxından bələd olmalarını nümayiş etdilər.