“İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları” mövzusunda təqdimat keçirildi

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin beşinci günündə mart ayının 3-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, ibtidai sinif müəllimi Aysel Şükürovanın təşkilatçılığı və 2 “Ç” sinif şagirdlərinin iştirakı ilə “İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları” mövzusunda təqdimat keçirildi.