Basketbol yarışı keçirildi

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin dördüncü günündə mart ayının 2-də məktəbin fiziki tərbiyə müəllimləri Bəhruz Cəbiyev və Ədilə Məmməd-zadənin təşkilatçılığı ilə məktəbin X sinif şagirdləri arasında basketbol yarışı keçirildi.
İdman həftəsinin son günü qalib komanda məktəb tərəfindən hazırlanan təşəkkürnamə ilə mükaftlandırılacaq.