“50 sual 50 cavab” idman mövsunuda aid viktorina keçirildi

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin dördüncü günündə mart ayının 2-də Suraxanı rayon Gənclər və İdman idarəsinin təşəbbüsü və məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, birinci sinif müəllimləri Hüsniyyə İsayeva, Şəhla Qasımlı, Günel Vəlizadə və Günay Ələkbərovan təşkilatçılığı ilə birinci siniflərdə “50 sual 50 cavab” idman mövsuna aid viktorina keçirildi.
Qaliblər kiçik hədiyyələrlə mükaftlandırıldılar.