“Ən sürətli şagird” qaçış yarışı keçirildi
Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin üçüncü günündə mart ayının 1-də məktəbin fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyev, Bəhruz Cəbiyev və Ədilə Məmməd-zadənin təşkilatçılığı ilə məktəbin III-IV siniflər üzrə 20 metr məsafə, V-VII siniflər üzrə 30 metr məsafə və VIII-IX siniflər üzrə isə 60 metr məsafəyə “Ən sürətli şagird” adlı qaçış yarışı keçirildi.
İdman həftəsinin son günü “Ən sürətli şagird” adlı qaçış yarışının qalibləri məktəb tərəfindən hazırlanan təşəkkürnamə ilə mükaftlandırılacaqlar.