“Olimpiya uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirildi

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin üçüncü günündə mart ayının 1-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, ibtidai sinif müəllimləri Zülfiyyə Ağayeva III “C” və Natella Məhərrəmovanın IV “A” siniflərində “Olimpiya uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirildi.