“İdman həftəsi”nin üçüncü günü

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin üçüncü günündə mart ayının 1-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova və Aysel Məmmədlinin təşkilatçılığı ilə IV “C” sinfində “Sağlam qidalanma” mövzusunda şagirdlərin qrup şəklində hazırladıqları təqdimatlar nümayiş etdirildi.