“Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda bacarıqları nümayiş

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin ikinci günündə fevral ayının 28-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, məktəbin ibtidai sinif müəllimi Ruhiyyə İbadova Aysel Məmmədlinin təşkilatçılığı və III "C", IV “B”, IV “C” sinif şagirdlərinin iştirakı ilə “Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda bacarıqları nümayiş etdirildi.