“İdman həftəsi”nin ikinci günü

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimiz davam edir.
İdman həftəsinin ikinci günündə fevral ayının 28-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyevin təşkilatçılığı ilə məktəbin məzunu Slovakiya ölkəsində keçirilən 2022-ci il mini futbol üzrə Avropa çempionu Kərimov Rəvan Rüfət oğlu ilə məktəbin V-VIII sinif şagirdlərinin görüşü keçirildi. Kərimov Rəvan qazandığı uğurları barədə ətraflı məlumat verdi, şagirdləri maraqlandıran sualları cavablandırdı və sonda xatirə şəkli çəkildi.