“İdman həftəsi”nin birinci günü

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi ilə silsilə tədbirlərimizə start verildi.
İdman həftəsinin ilk günündə fevral ayının 27-də məktəbin fiziki tərbiyə müəllimləri Bəhruz Cəbiyev, Ədilə Məmməd-zadənin təşkilatçılığı və V,VI,VII,VIII sinif şagirdlərinin iştirakı ilə səhər gimnastikası keçirildi.
Daha sonra məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, məktəbin psixoloqu Natavan Qəhrəmanova, fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyevin təşkilatçılığı ilə I-XI siniflərdə idman növləri və idmançıların yarışa hazırlığının psixoloji yanaşması haqqında profilaktik söhbətlər aparıldı.