“Xocalı harayı” mövzusunda anım tədbir keçirildi

     Xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımının 31-ci ildönümünün keçirilməsi ilə əlaqədar anım tədbirlərimiz davam edir.

    Tədbirlər planına müvafiq olaraq fevral ayının 24-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, məktəbin kitabxana müdiri Xəyalə Kərimova və kitabxanaçısı Umleyla Xələfovanın təşkilatçılığı VII-IX sinif şagirdlərinin iştirakı ilə “Xocalı harayı” mövzusunda anım tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.  Məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova çıxış edərək qeyd etdi ki,  “31 il Xocalısız yaşamış xalqın içindəki intiqam, məğlubiyyət, hüzn hissini azaldan Vətən müharibəsinin qalibiyyəti oldu. Lakin heç bir qalibiyyət hissi bu vəhşiliyin, bu amansızlığın gercəkliyini bizə unutdura bilməz. Nəinki bizə, bütün dünyaya ….”  

    Tədbir zamanı şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirildi, rəsmlər və hazırladıqları slaydlar nümayiş etdirildi.

    Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi