“Xocalı - Qan yaddaşımız” mövzusunda sinif təşkilat saatı keçirildi

26 fevral Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı Fəaliyyət planına əsasən silsilə anım tədbirlərimiz davam edir.
Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq məqsədilə fevral ayının 24-də məktəbin 1 “A”, 1 “B”, 2 “B”, 2 “Ç” və 9 “C” siniflərində “Xocalı - Qan yaddaşımız” mövzusunda sinif təşkilat saatı keçirildi. Şagirdlər qanlı faciə haqqında şeirlər, bayatılar söyləyib, faciəni əks etdirən əl işlərindən ibarət rəsm nümunələrini nümayiş etdirdilər.