“XX əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi keçirildi

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciədir.
26 fevral Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar fevral ayının 23-də məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, məktəbin kitabxana müdiri Xəyalə Kərimova və kitabxanaçısı Umleyla Xələfovanın təşkilatçılığı və VII-X sinif şagirdlərinin iştirakı ilə “XX əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi keçirildi.