“ Ana dilimizi sevək ” mövzusunda təqdimat keçirdilər

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir. Dilimizin yaşaması və möhkəmlənməsinə xalqımız daim həssaslıq göstərmiş, müxtəlif dövrlərdə onunla bağlı müxtəlif fərmanlar verilmiş, elmi-bədii əsərlər dövlət səviyyəsində qiymətləndirilmişdir.
Fevral ayının 21-də Beynəlxalq Ana dili günü ilə əlaqədar məktəbin ibtidai sinif müəllimləri 2 “B” sinif müəllimi Ülviyyə Hüseynova və 2 "Ç" sinif müəllimi Aysel Şükürovanın təşkilatçılığı ilə “ Ana dilimizi sevək ” mövzusunda təqdimat keçirildi.