“Ana dilimizi sevək, qoruyaq” mövzusunda inşa yazl müsabiqəsi keçirildi

    Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Dil ancaq insana məxsusdur. Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.

    Fevral ayının 21-də  Beynəlxalq Ana dili günü ilə əlaqədar məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, məktəbin kitabxanaçısı Umleyla Xələfovanın təşkilatçılığı və VIII-IX  sinif şagirdlərinin iştirakı ilə “Ana dilimizi sevək, qoruyaq” adlı inşa yazı müsabiqəsi keçirildi.     Müsabiqə şagirdlərdə doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək məqsədi daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi