“Tarixdə iz qoyan insan” adlı təqdimat nümayiş etdirildi

2023-cü ilin “Heydər Əliyev ili” ilə bağlı Fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir.
“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək”. Heydər Əliyev
Fevral ayının 20-də məktəbin ibtidai sinidf müəllimi Aysel Məmmədlinin təşkilatçılığı ilə IV “C” sinfində “Tarixdə iz qoyan insan” adlı təqdimat nümayiş etdirildi. Şagirdlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyələrini və müstəsna xidmətləri və mənalı həyat yolundan əks etdirən məlumatlardan ibarət təqdimatlar hazırladılar.