“Xocalı-qan yaddaşımız” adlı rəsm müsabiqəsi keçirildi

    “Xocalı soyqırımının 31-ci ildönümünün keçirilməsi” ilə əlaqədar silsilə anım tədbirlərimiz davam edir.

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciət etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".  

    Xocalı soyqırımının 31-ci ildönümünün keçirilməsi ilə əlaqədar fevral ayının 15-də məktəbin şagirdlərlə məktəbdənkənar  sinifdənxaric  tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyə Təşkilatı rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və məktəbin I-VIII sinif şagirdlərinin iştirakı ilə “Xocalı-qan yaddaşımız” adlı rəsm müsabiqəsi keçirildi. Şagidrlər çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı rəngli boyalarla əks etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi