“XX əsrin faciəsi” adlı şeir müsabiqəsi keçirildi

“Xocalı soyqırımının 31-ci ildönümünün keçirilməsi” ilə əlaqədar Fəaliyyət planına əsasən silsilə tədbirlərimizin keçirilməsinə start verildi.
Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Fevral ayının 9-da məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı və kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə məktəbin V - VI şagirdlərinin iştirakı ilə “ XX əsrin faciəsi ” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər tərəfindən söylənilən şeirlərdə faiciəni yaşayan insanların keçirdikləri dəhşətli anlar və hislər öz əksini tapdı.