“Gələcəyin idmançıları“ adlı voleybol idman yarışı keçirildi

2023-cü ilin “Heydər Əliyev ili” ilə bağlı Fəaliyyət planına əsasən silsilə tədbirlərimizin keçirilməsinə start verildi.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Fevral ayının 9-da məktəbin fiziki tərbiyə müəllimləri Ədilə Məmməd-zadə və Bəhruz Cəbiyevin təşkilatçılığı ilə VII-VIII sinif şagirdləri arasında “Gələcəyin idmançıları“ adlı voleybol idman yarışı keçirildi. Yarışda şagirdlər öz güclərini sınadılar, qaliblər fəxri fərmanlarla təltif edildilər.