Şəhidlər Xiyabanını ziyarət

Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə yanvar ayının 19-da məktəbin ibtidai sinif müəllimləri Fatima İsmayılova, Sülhiyyə Yarəliyeva, Zülfiyə Ağayeva və Səbinə Əhmədovanın təşkilatçılığı ilə III sinif şagirdləri 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etdilər. Şagirdlər şəhidlərin məzarları üzərinə tər qərənfillər düzərək Vətən fədailərinin ruhlarını hörmət və ehtiramla yad etdilər.