“Cənətdəki yeni yaşın mübarək” adlı anım tədbiri keçirildi

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü qurban verməkdir. Şəhidlik əbədi olaraq ürəklərdə yaşamaqdır.

Yanvar ayının 18-də məktəbin 2016-cı il məzunu şəhid Əsədov Səbuhi Azər oğlunun mövlüd günü ilə əlaqədar məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, tarix müəllimi Aynur Əsgərova və Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə “Cənətdəki yeni yaşın mübarək” adlı anım tədbiri keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül xanım Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, şəhid Səbuhi Əsədovun ailə üzvləri və Suraxanı rayon şəhidlərinin valideynləri iştirak etdilər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirildi. Daha sonra Əsədov Səbuhi Azər oğlunun keçdiyi qısa həyat yolundan və məktəbin məzunu olmasından qürurla bəhs  edildi. Vətənpərvəlik mövzusunda vidoçarxlar nümayiş etdirildi.

Əsədov Səbuhi Azər oğlu  8 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əsədov  Səbuhi Azər oğlu “Vətən uğrunda”,“Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Səbuhi şəhidlik zirvəsinə ucalmaqla hər bir azərbaycanlının, o cümlədən 85 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin, eləcə də şagird və məzunların qəlbində özünə əbədi olaraq bir heykəl ucaltdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi