Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkilat saatı keçirildi

Dekabr ayının 30-da məktəbin ibtidai sinif müəllimləri Günel Vəlizadə və Günay Ələkbərovanın təşkilatçılığı ilə Dünya azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş təşkilat saatları keçirildi.
Təşkilat saatlarının keçirilməsində məqsəd Azərbaycançılıq məfkurəsinin təbliği, tariximizin şanlı səhifələri haqqında şagirdlərin maarifləndirilməsi, şagirdlərdə vətənpərvərlik hissini alovlandırmaq, milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək olub.